Tapşırığa necə düzgün müraciət etməli?

Uyğun tapşırığı seçmək, konkret suallar vermək və işə başlamazdan əvvəl şərtləri dəqiqləşdirmək üçün addımlar.

Ruzi komandası ·

Təsviri və şərtləri tam oxuyun

Şəhər və ya onlayn iş şərti, vaxt, büdcə, lazım olan alətlər və işin həcmini yoxlayın. Yerinə yetirə bilməyəcəyiniz işi qəbul etməyin. Elektrik, qaz və digər xüsusi bilik tələb edən işlərə yalnız uyğun hazırlığınız olduqda müraciət edin.

Özünüz haqqında uyğun məlumat verin

“Edərəm” əvəzinə bu işi niyə görə biləcəyinizi bir-iki cümlə ilə izah edin. Nə vaxt uyğun olduğunuzu və lazım olan alətin sizdə olub-olmadığını yazın. Təcrübəniz barədə dəqiq danışın; etmədiyiniz işi və başqasına aid nümunəni öz işiniz kimi göstərməyin.

Çatışmayan məlumatı soruşun

Daşınacaq əşyanın ölçüsü, liftin olması, materialın kimdən olacağı və dəqiq vaxt kimi işə təsir edən sualları əvvəlcədən verin. Nümunə: “Şənbə saat 11-dən sonra gələ bilərəm. Alətlər məndədir. Divarın materialı nədir və televizorun ölçüsü neçə düymdür?”

İşə başlamazdan əvvəl razılaşmanı dəqiqləşdirin

Görüləcək iş, ümumi məbləğ, əlavə xərclər, vaxt və gözlənilən nəticə barədə eyni anlayışda olduğunuzdan əmin olun. Yazılı razılaşmanı saxlayın. Yolda və ya işdə gecikmə yaranarsa, qarşı tərəfə mümkün qədər tez xəbər verin.

Şəxsi məlumatlarınızı qoruyun

İş almaq üçün kartın PIN kodu, SMS təsdiq kodu və ya hesab şifrəsi tələb olunmur. Belə məlumatları paylaşmayın. Şübhəli linklərə daxil olmayın və əsassız qeydiyyat haqqı istənəndə dayanıb tələbi yoxlayın. Uyğunsuz davranışla qarşılaşsanız, saytdakı şikayət və dəstək imkanlarından istifadə edin.